“Media savadlılığı sahəsində maarifləndirmə işlərində fasilə yaranmamalıdır”- İcraçı direktor

Media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı prosesdir. Bu, bir tərəfdən media təhsilinin təkmilləşdirilməsini, digər tərəfdən media savadlı istehlakçıların yetişdirilməsini ehtiva edir.

Bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media savadlılığı” konfransında bildirib.

İcraçı direktor qeyd edib ki, beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə olunan strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə salınması və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.

“Media savadlılığı davamlı prosesdir. İnformasiya cəbhəsində atəşkəs olmadığı kimi, media savadlılığı sahəsində maarifləndirmə işlərində də fasilə yaranmamalıdır. Bütün bunlar dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasından və effektiv kommunikasiyasından bilavasitə asılıdır”, – deyə o əlavə edib.

Əvvəlki məqalə

Ölkəmizə qarşı qarayaxma kampaniyaları mediada ifşa olunub

Sonrakı məqalə

Rusiyalı generalın ölümü ilə nəticələnən partlayış terror aktıdır