“Rusiyanın nüvə silahından istifadə etmək hüququna malik olması üçün bir neçə əsas var. Onların hamısı müvafiq sənəddə öz əksini tapıb”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, ölkənin öz suverenliyini müdafiə etmək əzmini nümayiş etdirir.
Bununla yanaşı o, qeyd edib ki, danışıqlar aparmaq çətin vəziyyətlər üçün hələ də ən yaxşı və düzgün yoldur.
“Bu hallar prezidentin sərəncamı ilə təsdiq edilmiş sənəddə göstərilib. Bu, bizim ölkəmizin müstəqilliyini və suverenliyini müdafiə etmək, istənilən müraciətə layiqli cavab verməyə hazır olduğumuza heç kimin şübhə etməsinə əsas verməmək əzmimizdən xəbər verir. Ölkəmiz, onun müstəqilliyi, kursu toxunulmazdır”, – Medvedev nüvə silahından çəkindirməyə aid olan sənəd haqqında danışarkən deyib.
O qeyd edib ki, Rusiya Federasiyasının nüvə silahından istifadə etmək hüququna malik olması üçün bir neçə əsas var.
Birincisi, Rusiyaya qarşı nüvə zərbəsi endirilməsi vəziyyətidir.
İkinci hal Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı nüvə silahının fərqli istifadəsidir.
Üçüncü hal Rusiyanın nüvə hucumunun qarşısının alınması üçün olan struktur qüvvələrini iflic edəcək müdaxilə vəziyyətidir.
Dördüncü hal isə, Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı təcavüz aktının həyata keçirildiyi zamandır. Əgər bunun nəticəsində ölkənin mövcudluğu hətta nüvə silahından istifadə etmədən də təhlükə altına düşmüşsə, nüvə silahından istifadə nəzərdə tutulur.
“Aydındır ki, biz ondan çıxış edirik ki, danışıqlar, diplomatik səylər ən çətin situasiyalarda hələ də ən yaxşı və ən düzgün yoldur. Düzdür, danışıqlar heç də həmişə uğur qazanmır, lakin bu yolla getmək lazımdır”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.