Mehriban Əliyeva Ağdamın azad olunması ilə münasibəti ilə xalqı təbrik etdi

20 Noyabr 2020 - 17:11
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi ilə xalqı təbrik edib.
Rəsmi səhifəsindəki paylaşımında deyilir:
“Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!