Mehriban Əliyeva Cıdır düzündən fotolar paylaşdı –

“Ömrümün ən xoşbəxt günlərindən biri!"
08 Noyabr 2021 - 13:19

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadan, Cıdır düzündən fotolar paylaşıb.

Paylaşımda deyilir: “Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!”.