Mehriban Əliyeva 20 Yanvar Şəhidlərindən yazdı, başsağlığı verdi:"Qəhrəman oğul və qızlarımız azadlıq uğrunda canlarından keçdilər"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qanlı Yanvar faciəsinin 30 illiyi ilə ağlı sosial şəbəkədə status yazıb.

Azpost.info bildirir ki, M.Əliyeva 20 yanvar 1990-cı ili “faciəli gün” adlandırıb: “20 yanvar Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-yə etiraza çevrilmiş milyonluq MƏRASİM –

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi pozub