Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

 

Əvvəlki məqalə

“Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər”

Sonrakı məqalə

Avropa İttifaqı Türkiyəyə yardım təklif etdi