Mehriban Əliyeva dünya çempionu olmuş Hidayət Heydərovu təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

“Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”, – paylaşımda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.