Meksikada şəhər inzibati binasına hücum olub –Mer daxil olmaqla 18 nəfər öldürülüb

Meksikanın cənub-qərbindəki Gerrero ştatında kiçik San Migel Totolapan şəhərinin inzibati binasına hücum olub.

“El-Universal” qəzeti xəbər verir ki, mer Konrado Mendoza Almeda, atası və bir neçə polis də daxil olmaqla azı 7 nəfər həlak olub.

“La Jornada” qəzetinin son məlumatına görə, Migel Totolapan kəndində ölənlərin sayı 18-ə çatıb.

İlkin məlumatlara görə, hücumu “Tequileros” mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri təşkil edib.

“Causa en Comun” qeyri-hökumət təşkilatının məlumatına görə, 2018-ci ilin dekabrından 2022-ci ilin aprelinə qədər Gerreroda 100-dən çox polis öldürülüb.

Silahlı mülki şəxslər administrasiya binasına hücum etməzdən əvvəl mer Konrado Mendoza və onun atası Xuan Mendozanı güllələyiblər.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.