Meksikada təyyarə supermarketə çırpılıb

Meksikanın mərkəzindəki Morelos ştatında yüngül mühərrikli təyyarənin supermarketin binasına çırpılması nəticəsində azı 3 nəfər ölüb.

TASS-ın məlumatına görə, bu barədə vilayət hökuməti ictimaiyyətə açıqlamasında bildirib.

Qeyd olunub ki, təyyarənin göyərtəsində olan 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlar xəstəxanalara aparılıb. Faciə Temisko ərazisində baş verib. Qəzanın səbəbləri ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Təyyarə supermarketin divarını dağıdıb və demək olar ki, alış-veriş edilən əraziyə düşüb. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.