“Mercedes” 16 yaşlı qızı vurub öldürdü, sürücü qaçdı

Abşeronda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Abşeron rayonu Saray qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.