Messi meydana çıxmadı, azarkeşlər bilet pullarını geri tələb etdilər

Honq-Konq rəhbərliyi ABŞ-ın  “İnter Mayami” futbol klubunun hücumçusu Lionel Messinin “Honq-Konq XI” milli komandası ilə yoldaşlıq görüşü zamanı meydanda olmaması ilə bağlı izahat tələb edib.

Azpost.info bildirir ki, komandaların görüşü fevralın 4-də Honq-Konqdakı Milli Stadionunda baş tutub. Oyun 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Messi ehtiyat oyunçular skamyasında oturub. Buna görə də tamaşaçılar oyun zamanı tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər.

Yerli hakimiyyət orqanları, eləcə də futbol azarkeşləri Messini meydana buraxmamaq qərarına son dərəcə məyus olublar. Hökumətin bəyanatında qeyd edildiyi kimi, matçın təşkilatçılarına ayrılan maliyyənin məbləği azaldıla bilər.

“South China Morning Post”-un məlumatına görə, “Honq-Konq XI” klubunun nümayəndələri də argentinalı hücumçunun Honq-Konqlu futbolçularla meydandan kənarda ünsiyyət qurmaq istəməməsindən məyus olublar.

Nəşrin yazdığına görə, Messi birlikdə şəkil çəkdirməkdən imtina edib və ünsiyyət qurmayıb.

Əvvəlki məqalə

İran diplomatı Moskvada fitnes-klubda ölüb

Sonrakı məqalə

ABŞ Senatı Ukraynaya ayrılacaq yardımın məbləğini açıqlayıb