“PSJ”-nin sabiq yarımmüdafiəçisi Jerom Roten Messi və Neymarın komandadan getməsni istəyib.
Azpost.info bildirir ki, Roten açıqlamasında deyib ki, Messi ilə vidalaşmaq asan olacaq, çünki müqvilə müddəti bitir.
“Neymarla bir az çətin olacaq. Əgər Neymar komandada qalası olsa onu aparıcı oyunçular siyahısından çıxarmaq lazımdır. Düzdür, onun statusunu nəzərə alsaq bu çətindir. Amma onunla elə müqavilə bağlamaq lazımdır ki, gedib özü üçün ayrı yerlər axtarsın. Messi ilə ayrılmağın mənası var. Həmçinin komandada 4,5 6 hətta 10 ildir olan oyunçularla vidalaşmaq məntiqli olardı”.
Rotenin sözlərinə görə, bəziləri deyə bilər ki, Messinin bu il üçün göstəriciləri yaxşıdır. Amma biz yaxşı bilirik ki, Neymar kimi Messi də dünya çempionatına hazırlaşırdı: “PSJ-də xüsusi statusu olan bu iki oyunçunun kluba töhfələri azdır. Biz deyə bilmərik ki, Messi öz statistikası ilə bu mövsümdə xilas olub. Heç də yox. Biz gözləyirdik ki, o Neymar kimi böyük matçlarda mühüm rol oynayacaq. Ümid edirdik ki, onlar bununla “PSJ”-nin yeni səviyyəyə çıxmasına imkan yaradacaqlar. Amma görürürk ki, onlar bunu bacarmadılar”.
Roten deyib ki, Messi futbolu təcəssüm edir. O futbol tarixinə düşüb.: “Amma mən onun iki mövsümdə “PSJ”yə töhfə verə bilməməsindən üzgünəm. Heç onun meydançadakı işini demirəm. Messi verdiyi müsahibələrində klubu dəstəkləyə bilərdi, deyə bilərdi ki, Parisdə yaşamaqdan xoşbəxtdir və yerbəyer ola bilib. Əksinə, həmişə nəsə mənfi bir şey görürürk. Daha dəhşətli bir şey var: Messinin əlinə istirahət günü düşən kimi Barseolnaya yola düşür. Parisdə belə şey heç vaxt görünməyib.
“PSJ” gənc klub olsa da özünə hörmət edən klubdur. Özünü onun oyunçularının yerinə qoymaq lazımdır. Messi bunu heç vaxt etməyib. Buna görə onu günahlandırıram”-deyə sabiq yarımmüdafiəçi bildirib.
Azpost.info