Mesut Özil futbolçu karyerasını bitirdiyini bəyan edib

“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbaxça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayı

Dünya şöhrətli türkiyəli futbolçu bu barədə tvitter səhifəsində yazıb.

Türkiyə karyerasına 2021-ci ildə “Fənərbaxça”da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.

Mesut Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.