“Meta”nın baş direktoru vəzifəsindən istefa verib

Şeril Sandberq 14 il feysbuk sosial media şəbəkəsi şirkətində işlədikdən sonra ana şirkəti “Meta”dan ayrılmaq qərarını verib. Sandberq şirkətdə Baş əməliyyat direktoru vəzifəsində çalışırdı.

52 yaşlı Sandberq 2008-ci ildən başlayaraq feysbukun baş direktoru və həmtəsisçisi Mark Zukerberqdən sonra şirkətdə “ikinci şəxs” sayılırdı. Sandberq sosial media startapını texnologiya sənayesinin ən güclü şirkətlərindən birinə çevirməsinə böyük töhfə verib.

O, qərarını Zukerberqə ötən həftə sonu açıqlayıb. Qeyd edib ki, baş əməliyyat direktoru vəzifəsindən getməsinə baxmayaraq, o instaqram və vatsapa nəzarət edən “Meta”nın idarə heyətində qalacaq.

Sandberq deyib ki, bu 14 il ərzində Markın yanında oturmaq bir ömür boyu davam edən şərəfdir. Sandberq reklamlar vasitəsilə şirkətə milyardlarla gəlir gətirməyinə və feysbukun ictimaiyyət və tənzimləyici qurumlarla əlaqələrini yaxşılaşdırmağa görə tanınır. O, həmçinin 2013-cü ildə yazdığı “İnsan: Qadınlar, iş və rəhbərlik iradəsi” kitabına görə şöhrət qazanıb.

Sandberq deyib ki, vəzifədən uzaqlaşmağı, həm də ailəsinə daha çox diqqət yetirməyə imkan yaradacaq. Sandberq birinci həyat yoldaşı Deyv Qoldberqin gözlənilməz ölümündən yeddi il sonra bu yay yenidən evləndiyini bildirib.

Zukerberq Sandberqə təşəkkür edib və “Meta”nın hazırkı baş artım direktoru Xavyer Olivanın payız aylarında şirkətin baş əməliyyat direktoru vəzifəsini tutacağını söyləyib.

Əvvəlki məqalə

Kraliça II Elizabet platin yubiley tədbirində iştirak etməyəcək

Sonrakı məqalə

Uşaqların döyüldüyü sığınacağın sahibi Zülfü Qasımovun qızıdır