Metroda sərnişin stansiya yoluna düşüb

“Elmlər Akademiyası” stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

Bu barədə APA-ya “Bakı Metropoliteni”ndən bildirilib.

eyd olunub ki, metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb.

“Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır”, – məlumatda deyilir.

Əvvəlki məqalə

MDB Müdafiə Nazirləri Şurasının katibi Bakıya gəlib

Sonrakı məqalə

Lənkəran Universiteti və Türkiyə Universiteti Əməkdaşlıq Protokolu imzalayıb