Meyvə və tərəvəzi az yeyənlərin yaddaşı zəifləyir

Çayın, meyvə və tərəvəzin tərkibində olan flavonoidlərin çatışmazlığı yaddaşın itirilməsi ehtimalını artırır.

Azpost.info bildirir ki, bu barədə PNAS jurnalı məlumat yayıb.

Amerikalı alimlərin apardığı araşdırmanın nəticələri göstərib ki, əvvəlcə sağlam qida, sonra isə flavonoidlər qəbul edən insanların yaddaş göstəriciləri eyni səviyyədə qalır.

Lakin əvvəlcə az miqdarda flavonoid qəbul edən insanlar yeni pəhriz saxlayarakən yaddaşları 15 faiz yaxşılaşıb.

Flavonoidlər – təbii boyalar, qida antioksidanları, taninlərdən ibarət bitki piqmentləridir. Onların ən mühüm rolu bitkilərə rəng verməkdir.

Azpost.info

Əvvəlki məqalə

“Evini sığortalamayan cərimə olunmayacaq, belə mexanizm yoxdur” –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri