Milli Məclisin buraxılması haqqında Prezidentə müraciət…

- Qərar layihəsi hazırlanıb
02 Dekabr 2019 - 13:52

Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb.

APA-nın xəbərinə görə, qərarı Milli Məclisin sədrinin müavini Bahar Muradova oxuyub.