Milli Məclisin deputatları koronavirus testindən keçirilir

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD-19” infeksiyası ilə bağlı Milli Məclis Aparatının əməkdaşları, eyni zamanda millət vəkilləri arasında mütəmadi olaraq testlər aparılır. 

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən “COVİD-19” infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

**

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.

Bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.

Qeyd edək ki, dünən deputat Sahib Alıyev koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah Bakıda 34 dərəcə isti olacaq –

Sonrakı məqalə

“Qanun layihələri müzakirə olunmadan səsverməyə çıxarılsın”-