Milli Məclisdə pensiyalarla bağlı dinləmələr keçiriləcək

Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Bu barədə komitənin bu gün keçirilən iclasında sədr Musa Quliyev məlumat verib.

Sözügedən iclasda qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, eyni zamanda pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2350-ə yaxın tələbə təhsil krediti almaq hüququ qazanıb

Sonrakı məqalə

Ötən il respublika ərazisində 77 partlayış olub