Milli Muğam Müsabiqəsinə ilkin seçim turlarında 38 nəfər vəsiqə qazanıb

Bu gündən Milli Muğam Müsabiqəsinə start verilir. Müsabiqəyə qeydiyyat aprelin 10-dək aparılıb. Musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. İlkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb.

Bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən növbəti Milli Muğam Müsabiqəsinin birinci turunun seçim mərhələsində söyləyib.

“Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim edib. Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışacaq. Bu gün və sabah birinci turdan sonra seçilən şəxslər ikinci tura keçəcək. İkinci tur isə aprelin 26- da keçiriləcək və daha sonra qaliblər müəyyən ediləcək”, deyə hər iki yarışmanın münsiflər heyətinin sədri Siyavuş Kərimi bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən Milli Muğam Müsabiqəsinin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq(azərtac).

Əvvəlki məqalə

Rusiyanı tərk edən şirkətlərdən büdcəyə pul ödəmək tələb olunur

Sonrakı məqalə

TDT dövlətlərindən olan jurnalistlər üçün təlimlər başlanıb