Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb

18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

“Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır. Allah şəhidlərimizə rəhmət eləsin!”, – məlumatda vurğulanır.

Əvvəlki məqalə

“Yalnız legitim hərbi hədəflərə qarşı lokal cavab tədbirləri görülür” –

Sonrakı məqalə

Avropa Komissiyasının rəhbəri Kiyevə gedir