Milli Şuranın sədri Cəmil Həsənli Vaşinqtonda ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşüb 

Azərbaycanda növbədənkənar parlament seçkiləri və ölkədəki hazırkı ictimai-siyasi durum ətrafında vəziyyət cümə günü Vaşinqtonda Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli ilə Dövlət Departamenti rəsmiləri arasında müzakirə edilib.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu barədə Cəmil Həsənli məlumat yayıb.

Dövlət Departamentində baş tutmuş görüşdə dövlət katibi müavininin əmək, insan haqları və demokratiya məsələləri üzrə köməkçisi Alan Purcell, Avropa və Avrasiya İşləri Bürosunun Qafqaz və Regional Konfliktlər Ofisinin Azərbaycan masasının rəhbəri Grant Morrow və Dövlət Departamentinin insan haqları bürosunun məsul əməkdaşı Wendy Silverman iştirak ediblər.

“Son 16 il ərzində Seçki Məcəlləsi bir siyasi qurumun maraqlarına tabe edildiyi, Venesiya komissiyası, Milli Şura və digər müxalifət qurumlarının minimum seçki mühiti yaratmaq istiqamətində təklifləri nəzərə alınmadığı üçün Milli Şura, ölkənin aparıcı müxalifət partiyası olaraq Xalq Cəbhəsi 9 fevral seçkilərini boykot qərarı verib” -Həsənli vurğulayıb.

Onun sözlərinə görə, ölkədə demokratiyanın mühüm atributu olan mətbuat, söz, fikir azadlığı ilə bağlı ciddi problemlər yaranıb.

Öz növbəsində rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə rəhbərləri fundamental hüquqların, o cümlədən toplaşmaq, birləşmək, media azadlığı, azad seçki hüququnun tam təmin edildiyini bildirir. Hökumət insanların siyasi baxışlarına görə təqib edilmədiyni, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müsavat üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər

Sonrakı məqalə

Təhsil və ya müalicə xərcləri ilə bağlı vergi güzəşti varmı?