Millimizin rəqibinin futbolçusu süni nəfəs aparatına qoşulub

Millətlər Liqasında Azərbaycanın yığmasının rəqibi olacaq İsveçin futbolçusu Kristian Olsson evində huşsuz vəziyyətdə tapılıb.

Fevralın 20-də baş verən hadisədən sonra “Midtyulland”ın 28 yaşlı oyunçusu xəstəxanada dərhal süni nəfəs aparatına qoşulub.

Olssonun intihar etməsi də istisna olunmur.

Danimarka təmsilçisi futbolçunun kəskin beyin xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Qeyd edək ki, Olsson 2017-ci ildən formasını geyindiyi İsveç millisində 47 oyun keçirib(idman.biz).

Əvvəlki məqalə

Ağstafanın İcra başçısı tanınmış aparıcı ilə evlənir

Sonrakı məqalə

İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb