Şəhid olan polkovnik Babək Səmidli dəfn olunub –

FOTO
24 Noyabr 2020 - 11:08

Polkovnik Babək Səmidli dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, B. Səmidli doğulduğu Göyçay Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

**

Göyçayda Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimi keçirilir.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub. (APA)