Mirozyan “3+3” regional platformasının III iclasında iştirak edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının üçüncü iclasında iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O, “3+3” regional platformasının üçüncü iclasının oktyabrın 18-də İstanbulda keçiriləcəyini deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl platformanın növbəti iclasında iştirakını təsdiqləyib. İran tərəfi İstanbulda keçiriləcək görüşdə ölkənin xarici işlər naziri Abbas Əraqçinin də iştirak edəcəyini açıqlayıb.

“3+3” platformasının ilk iclası 2021-ci ilin dekabrında baş tutub. Sonra iclasda Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Gürcüstan görüşdə iştirakdan imtina edib. Platformanın ikinci iclası 2023-cü ilin oktyabrında İranın paytaxtı Tehranda xarici işlər nazirləri səviyyəsində baş tutub. Gürcüstan platformanın ikinci iclasında iştirak etməyib.

Azpost.info

 

Əvvəlki məqalə

Yanvar-sentyabr aylarında bir istehlakçı orta hesabla ayda 582 manat xərcləyib

Sonrakı məqalə

Bakı metrosunda nasazlıq yarandı, sərnişinlər qatarlardan çıxarıldı