Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Bu barədə baş direktor Qrossi “X” hesabında paylaşım edib.

Ararat Mirzoyan ilə məhsuldar görüş keçirdiyini deyən AEBA-nın baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat Ermənistanın nüvə proqramını, o cümlədən nüvə təhlükəsizliyinin artırılmasını dəstəkləyir.

“Biz həmçinin nüvə silahının yayılmaması məsələləri və xərçəng müalicəsinin yaxşılaşdırılması üçün “RaysOfHope” proqramı vasitəsilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq”, – Rafael Qrossi qeyd edib.

Görüş Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsində baş tutub(apa).

Əvvəlki məqalə

Duma xarici sözləri qadağan edən qanunu qəbul etməyə hazıraşır

Sonrakı məqalə

Şirvanda “Gənclər ətraf mühitin keşiyində” layihəsi çərçivəsində seminar keçirilib –