“Misli görünməmiş sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı inkişaf edir”- PUTİN

Rusiya iqtisadiyyatı ayrı-ayrı dövlətlərin misli görünməmiş sanksiyalarına baxmayaraq, inkişaf edir.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Vahid Rusiya Konqresində deyib.

O qeyd edib ki, güclü təzyiq şəraitində belə, bütün ölkə tərəqqi yolu ilə gedir.

“Rusiya inkişaf edir, iqtisadiyyat artır. Və bu, dünya tarixində misli görünməmiş sanksiyalar fonunda, bəzi dövlətlərin hakim elitasının kobud müdaxiləsi və təzyiqi fonunda baş verir”, – Rusiya lideri bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan turizmində yeni bazar açılıb” –

Sonrakı məqalə

Bakıda yeni katolik kilsəsinin təməli qoyulub