Mister Binin atəşfəşanlığı ingilisləri qorxudub –"Elə bildik Rusiya şəhəri bombalayır"

Tamaşaçılara daha çox mister Bin rolu ilə tanınan məşhur britaniyalı aktyor Rouen Atkinson sevgilisinin ad günü şərəfinə təşkil etdiyi atəşfəşanlıq ingilisləri qorxudub. Onlar bu gurultunu Rusiyanın Britaniyanı bombardaman etdiyini düşünüblər. 

Azpost.info Daily Mail-ə istinadən bildirir ki, 67 yaşlı Atkinson sevgilisi Luiza Fordu sevindirmək üçün icarəyə götürülmüş Lucknam Park Spa Otelində onun ad günü şərəfinə möhtəşəm atəşfəşanlıq təşkil edib.

İngiltərənin cənub-qərbində, dincliyə və sakitliyə öyrəşmiş Kotsvold bölgəsinin sakinləri bu hay-küydən ciddi qorxuya düşüb. Dünyada baş verən son hadisələr fonunda atəş şousunu Rusiyanın yaxınlıqdakı hərbi bazaya raket hücumu ilə səhv salıblar.

“Əvvəlcə güclü bomba partlayışı kimi səslər gəldi, lakin sonra atəşfəşanlıq səsləri eşidilməyə başladı və hər şey aydın oldu. Olduqca xoşagəlməz səslənir, amma başlayanda həqiqətən düşündüm: “Aman Allahım, ruslar buradadır!”- yerli sakin jurnalistlərə şikayət edib.

Əvvəlki məqalə

“Referendum iğtişaşların təkrarlanmayacağına zəmanət olacaq” –

Sonrakı məqalə

Dərman zavodları nə üçün işləmir? İdxaldan niyə asılı qalmışıq? –