Mixael Şumaxer qızının toyunda iştirak edə bilər

Əfsanəvi alman pilotu Mixael Şumaxer qızı Gina Marianın toy mərasimində iştirak edə bilər.

Azpost.info bildirir bu barədə “Corriere della Sera” qəzeti  xəbər verir.

Mənbənin sözlərinə görə, Gina Maria 2024-cü ilin yayında seçimi Yan Betke ilə evlənəcək. Mərasim Mayorkada (İspaniya) keçiriləcək. Bu Şumaxerin 2013-cü ildə zədələndikdən sonra iştirak edəcəyi ilk tədbir olacaq.

Ehtimal olunur ki, Mayorkada Şumaxer ailəsinin malikanəsində toy təyin edilməsi əfsanəvi yarışçının mərasimdə iştirakı deməkdir. Bir çox KİV-in məlumatına görə, Mixael orada yaşayır.

Kənar şəxslərin iştirakının qarşısını almaq üçün tədbirdə ciddi təhlükəsizlik tədbirləri görüləcəyi bildirilir.

Xatırladaq ki, 2013-cü ildə Şumaxer xizək sürərkən ağır kəllə-beyin travması alıb. On ildən artıqdır müalicə alır.

Azpost.info

Əvvəlki məqalə

General Şərif Əsədullayev vəfat edib

Sonrakı məqalə

Bakı-Naxçıvan reysi hava şəraiti yaxşılaşandan sonra həyata keçiriləcək