MMA idmançılarının məhkəməsi yekunlaşdı- HÖKM OXUNDU

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.

Qeyd edək ki, prokuror idmançıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbiri olmayan Tofiq Musayevin həbs olunmasını istəmişdi(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.