Bu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 258,2 milyon manatlıq xidmət göstərilib. Bu göstərici əvvəlki ilin yanvar ayı ilə müqayisədə 11,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsi xəbər verir ki, göstərilən xidmətlərin 70,7 faizi əhali sektoruna aid olub.
Bu sahədə əldə edilmiş gəlirin 84,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 37,4 faizi və ya 96,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.