94 yaşlı Marin Kuper 50 il əvvəl mobil telefonu ixtira edən və onunla dünyada ilk zəngi vuran adamdır.
Azpost.info bildirir ki, xeyli yaşı olmasına baxmayaraq Kuper bu gün də smartfondan və “Apple” saatından fəal istifadə edir, hər il yeni “iPhone” alır. Düzdür, öz etiraf edir ki, çətin ki, nə vaxtsa müasir telefonlardan nəvələri kimi yaxşı istifadə edə bilsin.
Kuper müasir texnologiyalarla maraqlanır. Bu günkü telefon proqramlarından istifadə etmək ona çətindir. Öz smartfonundan əsasən zənglər, məlumat göndərmək, eşitmə aparatını idarə etmək üçün istifadə edir.
Kuper smartfonların gələcəyi barədə danışarkən deyir ki, onlar insanlara öz sağlamlıqlarını müşahidə etməyə, həyatımızı daha da yaxşılaşdırmağa kömək edəcək. Mobil telefonların irəliləyişi xəstəliklərin ilkin təzahürnü müəyyən edəcək yeni ötürüclər hazırlamağa imkan verəcək.
Kuper həmçinin hesab edir ki, müasir adamlar mobil telefondan asılı vəziyyətə düşüblər. Bu onu narahat edir. Kuper deyir ki, adamlar smartfona münasibətdə vaxtını daha yaxşı balanslaşdırmalıdır.
Azpost.info