“Moldovada demokratiyaya zərbə vuranlara sanksiya tətbiq edəcəyik”- BLİNKEN

Vaşinqton Moldovada demokratiyaya zərbə vuran şəxslərə qarşı sanksiyaları davam etdirəcək.

Azpost.info xəbər verir ki, bunu Kişinyovda Moldova prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz Moldovada demokratiyanı pozmaq istəyən və ya cəhd edənlərə qarşı sanksiyalar tətbiq etdik. Bu sanksiyaları dəstəkləmək üçün lazım olan məlumatları təhlil etdikcə bunu davam etdirəcəyik”, – Blinken bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.