Moldovada Rusiya xəbər proqramlarının yayımı qadağan edildi

Moldovada Rusiya xəbər proqramlarının ölkədə yayımını qadağan edən qanun imzalanıb. Yeni sənəd gələn həftə qüvvəyə minəcək.

B barədə Moldova Respublikası Televiziya və Radio Şurasının rəhbəri Liliana Vitsu yerli KİV-ə açıqlama verib.

Qeyd edib ki, bu barədə yeni qanunu Moldova Prezidenti Maya Sandu imzalayıb.

Liliana Vitsu Moldova hökumətinin Ukraynadakı vəziyyətlə bağlı belə sərt tədbirlər gördüyünü vurğulayıb. O, eyni zamanda, Moldova mediasında ən çox dezinformasiyanın seçkiqabağı dövrdə müşahidə olunduğunu etiraf edib.

Əvvəlki məqalə

Azərbaycanın mədəniyyət naziri sabah İrana gedir

Sonrakı məqalə

Kürdəmirdə yol qəzasında iki hərbçimiz həlak oldu –