Bu gün Rusiya mətbuatı Moldovada Azərbaycan səfiri ilə bağlı dezinformasiya yayıb. RİA-Novosti səfirın adından aşağıdakı bəyanatı verib: “Qazaxıstanda etiraz aksiyaları kənardan idarə olunur, bəzi kadrlarda iğtişaşların təşkilatçıları da görünür, – Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri professor Namiq Əliyev RİA Novosti-yə bildirib“.
2016-cı ildən Azərbaycanın Moldovadakı hazırkı səfiri Qüdsi Osmanovdur. Keçmiş diplomat Namiq Əliyev 2016-cı ilə qədər səfir vəzifəsində çalışıb və hazırda təqaüddədir.
Paradoksal olsa da, bəzi digər KİV-lər, xüsusən də Solovyovun kanalı Qüdsi Osmanovun özünün adından məlumat yayıb. Səfir Qüdsi Osmanov səfirin adından verilən açıqlamanı rəsmi şəkildə təkzib edib və yayılan dezinformasiyanın rədd edib.