Mopedlərin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradacaq

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi moped sürücülərinə müraciət edib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Müraciətdə bildirilib ki, Milli Məclis tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir: “Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi avqustun 1-dən etibarən inzibati məsuliyyət yaradacaq. Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur”, -deyə müraciətdə qeyd olunur.

Əvvəlki məqalə

Paytaxtda I sinfə qəbulla bağlı 37 minə yaxın sorğu yerləşdirilib

Sonrakı məqalə

Rusiyanın Çin hakimiyyətindəki əsas müdafiəçisi postunu itirdi