“Moskva İrəvanla münasibətlərin soyumasına heç vaxt təşəbbüs göstərməyib”- LAVROV

“Moskva İrəvanla münasibətlərin soyumasına heç vaxt təşəbbüs göstərməyib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya və Qərb ölkələrinə münasibət Ermənistan rəhbərliyinin seçimidir.

Bundan başqa, Lavrov hesab edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş, eləcə də ölkələrlə Moskva arasında üçtərəfli sazişlərin həyata keçirilməsi Qərb tərəfindən əngəllənir.

Azpost.info

Əvvəlki məqalə

“Paşinyanın açıqlamalarında məntiq görmürəm”

Sonrakı məqalə

Kim Çen In Putinə xüsusi Yeni il təbriki göndərib