Rusiya və KXDR strateji tərəfdaşlıq sazişi əsasında bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və hərbi məsələlərdə əməkdaşlığı inkişaf etdirir.
Azpost.info xəbər verir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Çoy Son Hi Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı deyib.
“İyun ayında Pxenyanda möhtərəm liderlərimizin tarixi zirvə görüşü zamanı iki ölkə arasında bağlanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi əsasında ölkələrimiz arasında siyasətin, iqtisadiyyatın, hərbi işlərin və mədəniyyətin bütün sahələrində mübadilə və əməkdaşlıq dinamik şəkildə inkişaf edir”, – nazir bildirib.
Onun sözlərinə görə, Rusiya və KXDR-in qarşısında mühüm vəzifə durur: “Bu vəzifə liderlərimizin razılığı ilə xarici siyasət mövqeyimizi, eləcə də fəaliyyətlərimizin gedişatını daha da əlaqələndirmək və bununla da bütün sahələrdə qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirmək, eləcə də bütün beynəlxalq məsələlərlə bağlı bütün beynəlxalq platformalarda səmərəli və birgə cavab verməkdir”.
Azpost.info