“Moskva və Tehran əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək”- ŞOYQU

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə İranın dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Şoyqu İran prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin vəfatı ilə əlaqədar Əhmədiana başsağlığı verib. O qeyd edib ki, Moskva və Tehran müxtəlif sahələrdə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.