Moskvada əmək miqrantları üçün patent haqqı bahalaşıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yanvarın 1-dən işləmək üçün ödənilən məbləğ 350 rubl (9 manat) bahalaşacaq. Beləliklə, Moskvada işləmək istəyən xarici ölkə vətəndaşları ayda ödəyəcəyi patent haqqı 5 min rubldan (137,5 manat) 5350 (147 manat) təşkil edəcək. Qərar o cümlədən, Azərbaycan vətəndaşlarına da şamil edilir.