Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb-VİDEO

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.

Görüş Rusiya XİN-nin Qəbullar Evində keçirilir.

 

Mayın 18-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Bundan əlavə, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın da üçtərəfli görüşü nəzərdə tutulub.

 

Əvvəlki məqalə

“Çin və Rusiya əməkdaşlığı güclüdür, böyük potensiala malikdir”

Sonrakı məqalə

Ölkədə qeyri-neft ixracı necə artıb? –