Moskvada ermənilərlə kütləvi davaya görə tutulan 4 azərbaycanlı azadlığa çıxıb

2020-ci ildə Moskvada ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işinə görə həbs olunan azərbaycanlılar azadlığa buraxılıb.

Moskvanın Lyublin Rayon Məhkəməsinin 19 aprel 2022-cil tarixli qərarı ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilən E. Ələkbərov, B. Vəliyev, P. Həmidov, T. İsmayılov və A. Qafarov həbsdən azadlığa buraxılılblar. Onlar cəza müddəti başa çatdığına görə azadlığa çıxıblar.

Qeyd edək ki, həmyerlilərimiz xuliqanlıqda təqsirli biliniblər. Məhkəmə məlum iş üzrə təqsirləndirilən daha iki həmyerlimizə – M. Zahidova və D. Qiyasova isə 2 il 8 ay şərti cəza təyin edib.

Xatırladaq ki, 2020-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra dünyanın bir sıra ölkələrində yaşayan ermənilərlə azərbaycanlılar arasında milli zəmində insidentlər baş verib. ABŞ-da və Avropada ermənilərin kütləvi şəkildə azərbaycanlılara hücum etməsi xəbərinə cavab olaraq Moskvada və Rusiyanın digər regionlarında azərbaycanlılarla ermənilər arasında kütləvi davalar baş verib.(APA)

Əvvəlki məqalə

Həyatını riskə atdı, 8-ci mərtəbədən yıxılan uşağı xilas etdi –

Sonrakı məqalə

“Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da səni tutduracağıq” –