Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş keçirilib –

Sərhəd məsələsi müzakirə edilib
02 İyun 2021 - 22:50

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib.

Azpost.info bildirir ki, bu barədə RİA-Novosti-yə mötəbər mənbələr məlumat verib. Görüşdə Ermənistan və Azərbaycan sərhəd rayonlarındakı ayrı-ayrı məntəqələrində gərgin vəziyyətin yoluna qoyulması yolları müzakirə edilib.

Mənbələrin sözlərinə görə, tərəflər işçi əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.