Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.
“RİA Novosti”-nin verdiyi məlumata görə, görüş 4 saatadək davam edib.
Hər üç lider Qarabağda infrastruktur layihələrinin inkişafı ilə bağlı Bəyanat imzalayıb.
Putin İlham Əliyev və Paşinyanla aparılmış danışıqları mühüm və səmərəli adlandırıb.