Moskvada son 10 ilin rekord ölüm faizi qeydə alındı

Rusiyanın paytaxtı Moskvada aprel ayında son onilliyin rekord ölüm faizi qeydə alınıb.

“Report” “The Moscow Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat Moskva meriyasının bilgi bazasında yer alıb.

Statistikaya görə, 2020-ci ilin aprel ayında paytaxtda 11 846 ölüm hadisəsi qeydə alınıb. Bu, 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Müqayisə üçün, ötən ilin eyni dövründə 10 005 ölüm qeydə alınmışdı. Beləliklə, ölüm səviyyəsi keçən ilə nisbətən 15,5% artıb.

Bundan başqa, 2010-cu ildən 2019-cu ilədək aprel ayında qeydə alınmış ölüm hallarının orta sayı 9 866 nəfər təşkil edib. Bu, 2020-ci ilin aprel ayında qeydə alınmış ölüm hadisələrindən 20% azdır.

Qeyd edək ki, son məlumata görə, Moskvada pandemiya qurbanlarının sayı 1 124 nəfərdir. Son sutkada isə bu rəqəm 56 nəfər təşkil edib. Paytaxtda indiyədək 115 909 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu göstəriciyə görə şəhər Çin və İranı qabaqlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu ildən etibarən liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək

Sonrakı məqalə

İraq türkmanları muxtariyyət elan edə bilər