Moskvanın mərkəzindəki yanğında 7 nəfər ölüb –YENİLƏNİB

Moskvanın mərkəzində Komsomolskaya meydanında yerləşən gül anbarındakı yanğında 7 nəfər həlak olub.

Bildirilir ki, bazar günü ikimərtəbəli binada başlayan yanğını 9 saatdan sonra söndürmək mümkün olub. Rusiya İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb məhsulların düzgün saxlanılması və yanğın təhlükəsizliyi qaydalarının pozulması olub.

**

Moskvanın mərkəzində anbar binasında yanğın olub.

TASS-ın xəbərinə görə, Komsomolskaya meydanı yaxınlığındakı binada yanğın 2 min kv.m sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün üç Ka-32 MATS helikopteri və yanğın qatarı cəlb olunub. Yanğın yerində zərərli maddələrin miqdarını ölçən səyyar laboratoriya işləyir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Əvvəlki məqalə

Ekzit-polun nəticələrinə görə, Tokayev seçkilərdə qalib gəlir –

Sonrakı məqalə

Valyuta məzənnələri