Mövlam Şixəliyevin cəzasının ağırlaşdırılması tələb olunur

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cəzalarının ağırlaşdırılması tələb olunur.

Bununla bağlı zərərçəkmiş qismində tanınmış şəxslərin bir neçəsi apellyasiya şikayəti verib.

Zərərçəkmiş şəxslərdən bir neçəsinin hüquqlarını müdafiə edən vəkil Osman Kazımov APA-ya açıqlamasında Bakı Hərbi Məhkəməsinin hökmündən narazı qaldıqlarını deyib:

“Hökmdə bizi razı salmayan bir neçə məsələ var. Birincisi, təyin olunmuş cəza onlar üçün azdır. Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Mövlam Şixəliyev və digərlərinin cəzasının ağırlaşdırılması, mülki iddiaların təmin olunması tələbi ilə apellyasiya şikayətləri vermişik”.

 

Qeyd edək ki, general-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.

Əvvəlki məqalə

Rusiya Kiyevin mərkəzindəki körpünü raketlə dağıtdı

Sonrakı məqalə

Azərbaycan hərbçilərinin diri-diri boğazları, qulaq və burunları kəsilib –