MSK 9 nəfərin deputatlığa namizədliyini bərpa edib- İki nəfərin namizədliyi ləğv olunub

Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, bu dövrdə 25 nəfərdən 9-nun namizədliyi MSK tərəfindən bərpa edilib, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib.

Ağır cinayətlərə görə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərin namizədliyinin qeydə alınması qanunvericiliyə görə mümkün olmayıb. 13 nəfərin namizədliyi isə əmlakla bağlı məlumatları səhv olduğuna görə qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda seçicilərin sayı

Sonrakı məqalə

MSK: