“MSK-da təmsil oluna bilmədik, 37 dairədə nümayəndəmiz var” –Natiq Cəfərli

“Respublikaçı Alternativ Partiyasının 37 dairədə nümayəndəsi var”.

Bu barədə Azpost.info-ya açıqlamasında Respublkiaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli seçki komissiyalarında təmsilçiliklə bağlı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, partiyanın Mərkəzi Seçki Komissiyasında təmsil olunması mümkün olmayıb: “Mərkəzi Seki Komissiyası artıq formalaşıb. REAL-ın da təmsilçilik hüququ əldə etməsi üçün Milli Məclisdə müxalifəti təmsil edən partiyaların qərarı olmalı idi. Onlar da təbii ki, bizi yox, öz nümayəndələrini seçdilər. Qanunla da bizim təmsilçilik hüququmuz yox idi. Amma qanun Dairə Seçki Komissiyalarında təmsil olunmağa imkan verir və biz də təmsil olunuruq”, – deyə REAL yetkilisi bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir