MSK “exit-poll” keçirmək istəyən təşkilatları qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçiriləcək prezident seçkilərində “exit-poll” keçirmək üçün müraciət edən digər təşkilatları – “Rəy” Monitorinq Mərkəzini və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-ni qeydiyyata alıb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov komissiyanın yanvarın 26-da keçirilən iclasında deyib.

Qeyd edək ki, MSK-nın bugünkü iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın ORACLE ADVISORY GROUP təşkilatı da “exit-poll” keçirmək üçün qeydə alınıb.

Əvvəlki məqalə

Kəlbəcərdə silah-sursat tapılıb

Sonrakı məqalə

Dəm qazından boğulan qardaşlar Tovuzda dəfn edilib